Türkiyədə Elm Mərkəzi kimi istifadə olunan təyyarə yandı

turkiyede-elm-merkezi-kimi-istifade-olunan-teyyare-yandi
Oxunma sayı: 250

Türkiyənin Kocaeli vilayətində Aviasiya Elm Mərkəzi kimi fəaliyyət göstərən təyyarədə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə barədə daxil olan həyəcan siqnalından sonra əraziyə dərhal yanğınsöndürmə və polis briqadaları cəlb olunub.

Alov qısa müddətdə təyyarənin gövdə hissəsini bürüyüb. Qrup əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, 2018-ci ildə 14 TIR vasitəsilə hissə-hissə rayona gətirilərək 1,7 hektar ərazidə quraşdırılan “Airbus A340” tipli sərnişin təyyarəsinin qanad açılımı 60, gövdə uzunluğu isə 64 metrdir. Nəhəng təyyarə montaj edildikdən sonra Aviasiya Elm Mərkəzi kimi istifadəyə verilmişdi.