Türkiyənin Samsun şəhərində keçirilən “Samsunspor” – “Trabzonspor” Super Liqa matçından əvvəl “Trabzonspor” komandasının avtobusuna daş atılaraq hücum edilib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə dünən saat 20:00 radələrində “19 May Stadionu” ətrafında baş verib.
Samsun Polis İdarəsinin əməliyyatı nəticəsində hücumda iştirak etdikləri müəyyən edilən S.A. (18), A.Ş. (19), A.B. (15), U.K. (17), E.G. (17) və T.C.U. (16) saxlanılıb.
Şübhəlilərə qarşı məhkəmə prosesləri davam edir. Rəsmi orqanlar idman tədbirlərində zorakılığa qarşı sıfır tolerantlıq siyasətini bir daha vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər