Türkiyədə miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı artdı - Yenilənib

turkiyede-miqrantlari-dasiyan-qayigin-batmasi-neticesinde-olenlerin-sayi-artdi
Oxunma sayı: 3127

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 20 nəfər həlak olub. 

Hadisənin Eceabat sahillərində baş verdiyi bildirilir. 

Qayıq batarkən 2 nəfər özü üzərək xilas olub, daha 2 nəfər isə Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

***

“Anadolu Agentliyi”nin yaydığı məlumata görə, Çanaqqala şəhərinin Eceabat rayonu sahillərində qanunsuz miqrantları daşıyan rezin qayığın batması nəticəsində 7-si uşaq olmaqla 22 nəfərin cəsədi tapılıb.

Qeyd olunub ki, axtarışlarda Sahil Mühafizəsi Komandanlığına və digər qurumlara məxsus təyyarə, 2 helikopter, PUA və 18 katerlə aparılan axtarış-xilasetmə işlərində 500-dən çox şəxsi heyət iştirak edir.