Azərbaycanlı qadınlar və kişilər 2025-ci ildə Türkiyənin xarici gəlin və bəylərinin ilk beşliyinə daxil olublar.
“Qafqazinfo” xəbər verir ki, bu, Türkiyə Statistika Qurumunun (TUIK) açıqladığı məlumatlardan məlum olub.
Belə ki, ötən il ərzində Türkiyə vətəndaşları xarici ölkə vətəndaşı olan 28 646 nəfər qadınla ailə həyatı qurublar. Onların 1948 nəfəri, yaxud 6,8%-i azərbaycanlı qadınlar olub. Bu siyahıda Azərbaycan 4-cü yeri tutub.
Türkiyəli kişilərin daha çox evləndikləri xarici ölkə vətəndaşlarının siyahısında ilk 3 pilləni Suriya, Özbəkistan və Mərakeş tutub.
Bundan başqa, ötən il ərzində türkiyəli qadınların 5347 nəfər xarici ölkə vətəndaşına ərə getdiyi açıqlanıb. Onların 251 nəfəri, yaxud 4,7%-i azərbaycanlı kişilər olub. Bu siyahıda isə Azərbaycan 5-ci yeri tutub.
Türkiyəli qadınların daha çox ailə qurduğu xarici ölkə vətəndaşlarının siyahısında ilk pillələri Suriya, Almaniya, Əfqanıstan və Avstriya tutub.
Son xəbərlər
Son Xəbərlər