Türkiyənin XİN rəhbəri son 15 ildə ilk dəfə İsraildə - Foto

turkiyenin-xin-rehberi-son-15-ilde-ilk-defe-israilde
Oxunma sayı: 1812

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə rəsmi səfər edib.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, Çavuşoğlu səfəri çərçivəsində israilli həmkarı Yair Lipidlə danışıqlar aparıb.

Çavuşoğlunun sözlərinə görə, həmkarı ilə görüş zamanı regional məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Çavuşoğlunun səfəri son 15 ildə Türkiyə xarici işlər naziri səviyyəsində İsrailə edilən ilk səfərdir.

Xatırladaq ki, Çavuşoğlu İsraildən əvvəl Fələstinə səfər edib.