Ucarda iki maşın toqquşdu - Xəsarət alanlar var - Fotolar

ucarda-iki-masin-toqqusdu
Oxunma sayı: 354

Ucarda yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını ilə “Hyundai” markalı minik maşını toqquşub. Nəticədə 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev