Ukrayna onlar haqda film çəkməyi planlaşdırır - Zelenskinin təşəbbüsü ilə

ukrayna-onlar-haqda-film-cekmeyi-planlasdirir
Oxunma sayı: 507

Ukrayna Qalisiyan Ordusu haqqında televiziya serialının istehsalına bir milyon dollar xərcləməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politika Stranı” məlumat yayıb.

Dövlətə məxsus “Ukraynanın İnformasiya Məkanının Mühafizəsi Mərkəzi” “Qanadlı Şirlər” (“Winged Lions”) adlı altı seriyalı serialın çəkilişi üçün tender elan edib. Bildirilir ki, layihə Volodimir Zelenskinin ukraynadilli mədəni məzmunun yaradılması təşəbbüsü çərçivəsində həyata keçirilir.

Məlumatlara əsasən, xərclər təxminən 48 milyon qrivna təşkil edəcək ki, bunun da 23,78 milyon qrivnası dövlət büdcəsindən ayrılacaq. “Ukrainian News” agentliyinin hesablamalarına görə, serialın çəkilişinə çəkilən xərclər 1130 ədəd P1-SUN tipli ələ keçirici dronun dəyərinə bərabərdir.