“Ukrayna Rusiya ilə danışıqlar prosesinə cəlb oluna bilər” - Litva XİN

ukrayna-rusiya-ile-danisiqlar-prosesine-celb-oluna-biler
Oxunma sayı: 1872

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Ukraynanın Rusiya ilə danışıqlar prosesinə cəlb oluna biləcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Bloomberg” agentliyinə müsahibəsində danışıb.

Landsberqis qeyd edib ki, Ukraynanın hazırda raket sistemləri və döyüş sursatları yoxdur: “Bundan əlavə, Avropa İttifaqında qərarların qəbulu prosesinin uzun müddət vaxt tələb etməsi Kiyevi Rusiya ilə danışıqlara cəlb olunacağı şəraitə sala bilər”.