Ukrayna Rusiyanın nadir PUA-sını vurdu - Video

ukrayna-rusiyanin-nadir-pua-sini-vurdu
Oxunma sayı: 2798

Ukrayna Silahlı Qüvvələri Rusiyanın nadir kəşfiyyat pilotsuz təyyarəsi olan “Albatros M5”i vurub.

“Qafqazinfo” “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 63-cü əlahiddə mexanikləşdirilmiş briqadası məlumat yayıb.

“Biz ilk dəfə olaraq Rusiyanın nadir pilotsuz təyyarəsi olan “Albatros M5”i vurduq”, - deyə briqada qeyd edib.

Məlumata görə, bu dron real vaxt rejimində skan edilmiş ərazidə insanları müəyyən edən neyron şəbəkə ilə təchiz edilib.

Görüntüləri təqdim edirik: