Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsdi

ukrayna-suriya-ile-diplomatik-elaqeleri-kesdi
Oxunma sayı: 1819

Xəbər verdiyimiz kimi, Suriya Ukraynadakı qondarma rejimlər – “DXR” və “LXR”-nin müstəqilliyini tanıyıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski Suriya ilə diplomatik əlaqələri kəsdiklərini açıqlayıb.

“Ukrayna ilə Suriya arasında diplomatik əlaqələr olmayacaq. Suriyaya qarşı sanksiyalar daha da artırılacaq”, - Prezident qeyd edib.

Zelenski Suriyanın sözügedən addımını “dəyərsiz” olaraq qiymətləndirib.