Ukraynada polis şöbəsində partlayış - Ölən və xəsarət alanlar var

ukraynada-polis-sobesinde-partlayis
Oxunma sayı: 333

Ukraynanın qərbindəki rayon polis şöbəsində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, regional polis idarəsi hadisə barədə məlumatı özünün teleqram kanalında paylaşıb.

Məlumatlara görə, Rivne şəhərindəki polis şöbəsində güclü partlayış olub. İlkin məlumatlara əsasən, bir polis əməkdaşı həlak olub, daha üç hüquq-mühafizə orqanı əməkdaşı isə xəsarət alıb.

Hadisənin səbəbi araşdırılır.