Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcəklər

ukraynaya-yeni-herbi-yardim-paketi-teqdim-edecekler
Oxunma sayı: 2198

Kanada Ukraynaya 29,5 milyon dollar dəyərində gecəgörmə cihazları, PUA və mərmilər verəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu haqda Kanadanın milli müdafiə naziri Uilyam Bleyr məlumat yayıb.

“Mən Çex Respublikasının Ukrayna üçün böyük miqdarda artilleriya mərmiləri almaq təşəbbüsünün bir hissəsi olaraq Kanadadan 40 milyon dollardan çox vəsaiti elan edirəm”.