Universitet tələbələri vəfat edib - Yenilənib

universitet-telebeleri-vefat-edib
Oxunma sayı: 9218

Odlar Yurdu Universitetinin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi Canbaxışlı Sürayə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Universitetin rəsmi səhifəsi paylaşım edərək, başsağlığı verib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Xəbəri rus dilində oxuyun: Ребенок подвергся нападению уличных собак в Гобу – ВИДЕО

C.Sürayə daha öncə Odlar Yurdu Kollecinin məzunu olub.

***

Vəfat edən digər tələbə isə Bakı Dövlət Universitetində (BDU) təhsil alıb. Bu, SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyevdir.  

E.Əliyev BDU-ya 600-dən yuxarı balla qəbul olunub, Universitetin təhsil göstəricilərinə görə fərqlənən tələbələrindən olub. 

***

Jurnalist Şəmşad Ağa Elçinin vəfatı ilə bağlı feysbukda paylaşım edib. Onun sözlərinə görə, valideynləri ayrıldıqdan sonra Elçin uşaqlıqdan, demək olar ki, tək yaşayıb, həyat və oxumaq üçün təkbaşına mücadilə verib:

“Arxasında valideyn dəstəyi hiss etməyib, susqunluğu və kədərli görkəmi ilə hər kəsdən seçilsə və ağır günlər keçirsə də, oxumaqdan vaz keçməyib. O, Respublika üzrə keçirilən olimpiadanın qalib olub və məktəbə qızıl medal gətirib. Ona maddi və mənəvi dəstəyi də məktəb verib, müəllimləri onu təmənnasız hazırlayıblar. Sonra BDU-nun hüquq fakültəsinə qəbul olunub və sonra tək yaşadığı evdə dəm qazı…”