“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas bir ilə 50 kitab oxuyur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyinin rəsmi səhifəsi məlumat yayıb.
Litvalı mütəxəssis həyat yoldaşı İnqrida Dambrauskiene ilə birlikdə səfirliyin təşkil etdiyi sərgidə iştirak edib. Onlar litvalı yazıçı Benas Berantas və Akvile Vaşkeleviçiene ilə mütaliənin əhəmiyyəti barədə söhbət ediblər. Daha sonra Dambrauskas bu fikirləri deyib:
“Mütaliə insanın həyatını dəyişə bilər. Kitablar yeni dünyaların qapısını açır, dünyagörüşümüzü genişləndirir və arzularımıza çatmağımıza kömək edir”.
Son xəbərlər
Son Xəbərlər