Vatsapda bu da mümkün oldu

vatsapda-bu-da-mumkun-oldu
Oxunma sayı: 7080

Vatsap mesajlaşma tətbiqinə növbəti yenilik gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “WABetaInfo” portalı məlumat yayıb.

Yeni dəyişikliyə görə, siz qrup söhbətlərində ana ekranda yer alan ikona toxunaraq üzvlərlə audiosöhbət edə bilərsiniz.

Bu halda qrupdakı şəxslərə zəng yox, sadəcə sizin audiosöhbət etmək istədiyinizlə bağlı ismarıc göndəriləcək.

Qeyd edək ki, sözügedən dəyişiklik “Android” və iOs proqram təminatı ilə işləyən smartfonlarda artıq aktivləşdirilib.