Vidadi Babanlı vəfat etdi

vidadi-babanli-vefat-etdi
Oxunma sayı: 8223

Yazıçı Vidadi Babanlı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb. Yazıçı 98 yaşında dünyasını dəyişib.

“Şöhrət ordenli”  yazıçının dəfn mərasimi sabah keçiriləcək.

Qeyd edək ki, V.Babanlı “Anam sən oldun”, “Dərd məni dinləndirir”, “Öz evində qonaq”, “Mənim gizlinlərim” kimi nəsr əsərlərinin müəllifidir.

Yazıçının “Vicdan susanda”, “Gəlin”, “Ömürlük cəza” adlı məşhur kitabları işıq üzü görüb.