“Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti” mövzusunda müzakirə keçirilib
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün “WUF13 Urban Expo”da QHT Agentliyinin pavilyonunda “Bakı Politoloqlar Klubu” “Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti” mövzusunda tədbir keçirib.
Davamlı inkişaf üzrə tədqiqatçı-alim Elşən Əhmədov müasir dövrdə inklüziv və rəqəmsal yanaşmaların şəhərlərin inkişafı, ekoloji dayanıqlılığın gücləndirilməsi və su idarəçiliyinin təkmilləşdirilməsi sahəsinə gətirdiyi üstünlüklər barədə təqdimatla çıxış edib, beynəlxalq təcrübədən nümunələr təqdim olunub.











Son xəbərlər
Son Xəbərlər