Xalq artistinin oğlu evə buraxıldı

xalq-artistinin-oglu-eve-buraxildi
Oxunma sayı: 829

Yanvarın 30-da Binəqədi rayonu ərazisində bir qrup şəxs tərəfindən döyülən Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulları Artur Balıyev evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, 1981-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilmişdi. İnsidentə görə 3 nəfər tutulub.