Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi

xankendide-restoranin-qarsisinda-dava-dalas
Oxunma sayı: 1737

Xankəndidə məşhur restoranın qarşısında insident olub.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Kərkicahan qəsəbəsində yerləşən “Şah əsəri” restoranının qarşısında baş verib.

23 və 22 yaşlı gənclər həmin restoranın qarşısında ucadan nalayiq ifadələr işlədərək mübahisə ediblər. Hadisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb. Bu zaman polis əməkdaşları onlara irad bildirərək şöbəyə dəvət etsələr də, qanuni tələbə məhəl qoymayıblar. Nəticədə, hər iki şəxs saxlanılaraq, şöbəyə aparılıblar. Burada onlar barəsində müvafiq protokollar tərtib olunub.

Məlumata görə, hadisə günü restoranda bir xanımın ad günü məclisi keçirilirmiş. Həmin xanımın tanışı olan 23 və 22 yaşlı dostlar da orada iştirak ediblər. Axşam saat 22 radələrində xanım qonaqlardan birinin anası gələrək, sərxoş halda olan qızını aparmaq istəyib. Bu zaman barəsində inzibati xəta üzrə icraat aparılan şəxslərlə xanımın anası arasında mübahisə yaşanıb. Onlar restoranın önündə nalayiq ifadələr işlədərək, asayişi pozublar.

Məhkəmənin qərarı ilə onlardan 23 yaşlı şəxs 20 gün, digəri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.