Xankəndidə xeyli silah-sursat aşkarlandı

xankendide-xeyli-silah-sursat-askarlandi
Oxunma sayı: 1832

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı aşkar edilib.

Bundan başqa 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.