Xədicə İsmayıl azadlıqda

xedice-ismayil-azadliqda
Oxunma sayı: 7099

Bu gün Ali Məhkəmədə həbsdə olan jurnalist Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayıl şərti azadlığa buraxılıb.

Vəkil Cavad Cavadov bildirib ki, X.İsmayıl təqsirləndirildiyi Cinayət Məsəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə bəraət alıb. CM-nin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə 3 il şərti cəza verilib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin 2014-cü il 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.