Avrokubok oyunu deyil, Azərbaycan kubokudur - Video - Yenilənib

avrokubok-oyunu-deyil-azerbaycan-kubokudur
Oxunma sayı: 1975

Hazırda Azərbaycan Kubokunun yarımfinal mərhələsində əsas qarşılaşması davam edir.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”la qarşılaşır.

Maraqla gözlənilən qarşılaşmanı stadiondan 12-13 mindən çox insan izləyir.

Qeyd edək ki, Azərbaycan çempionatında stadionun belə dolu olması öyrəşilən hal deyil.

Bu cür anşlaq görüntüləri adətən Avrokuboklarda müşahidə edilirdi.

***

Rəsmi məlumata görə, hazırda stadionda 21 min azarkeş var.