Xədicə İsmayıla hökm oxundu – - 7 il 6 ay

xedice-ismayila-hokm-oxundu-
Oxunma sayı: 2363


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəarət verilib. 

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə yekun olaraq 3 ay müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo”