“Xəzər Lənkəran” Stadionu təmirə bağlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun sabiq mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu paylaşım edib.
O bildirib ki, xeyli müddətdir qapısı qıfıllanan arenada yenidənqurma işlərinə yaxın günlərdə başlanılacaq:
“Xəzər Lənkəran” Stadionunun təmirə bağlanması xəbəri həqiqətdir. Hələlik stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq”.
***
“Xəzər Lənkəran” Stadionunun sahibi olan “Palmali”nin baş ofisindən “Qafqazinfo”ya məlumatı təsdiq ediblər. Bildirilib ki, şirkətin Bakı ofisinə bununla bağlı tapşırıq verilib: “Hazırda yenidənqurma işləri üçün xərclər hesablanır. Mart ayından işlərə start veriləcək”.
Son xəbərlər
Son Xəbərlər