Xırdalanda 12-ci mərtəbədən yıxılan qadın öldü

xirdalanda-12-ci-mertebeden-yixilan-qadin-oldu
Oxunma sayı: 1739

Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 12 radələrində şəhərin Rəsulzadə küçəsi bina 6-da qadın 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerində həlak olub.

Ölən şəxsin həmin binada yaşayan Masallı rayon sakini 1986-cı il təvəllüdlü Könül Əlibəyli olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.