Dəməşq və Moskva Suriya ərazisində yerləşən Rusiya hərbi bazalarının gələcəyinə dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“1,5 illik danışıqlardan sonra Rusiyanın Xmeymim və Tartusdakı hərbi bazalarının gələcək taleyi nəhayət ki, müəyyənləşdirildi — tərəflər müvafiq memorandum imzaladılar”, - deyə məlumatda qeyd edilib.
Suriya diplomatik idarəsi bu sənədin Rusiya ilə Suriya arasındakı münasibətlərdə yeni bir səhifə açacağına ümid etdiyini bildirib.
Nazirlikdən qeyd edilib ki, Rusiya bazaları hərbi qulluqçuların birgə hazırlıq mərkəzlərinə çevriləcək:
“Rusiya Federasiyasının hərbi bazaları hər iki tərəfin maraqlarına xidmət edəcək birgə təlim mərkəzlərinə çevriləcək”.
Suriya tərəfi həmçinin iddia edir ki, Xmeymim aerodromu da daxil olmaqla, bütün mülki obyektlər tədricən ərəb respublikasının mülki administrasiyasının nəzarətinə keçməlidir.
Nazirlikdən əlavə olunub ki, memoranduma əsasən, bütün dəyişikliklər üç aydan çox olmayan müddətdə başa çatmalıdır.
Son xəbərlər
Son Xəbərlər