Yasamalda Bədən Tərbiyəsi və İdman Günü - Fotolar

yasamalda-beden-terbiyesi-ve-idman-gunu
Oxunma sayı: 2011

Yasamal Rayon İcra Hakimiyyətində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə idman ictimaiyyəti nümayəndələrinin rayon toplantısı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayon üzrə Gənclər və İdman sektorunun müdri İlham Səfərov xatırladıb ki, Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə 5 mart tarixi “Bədən tərbiyəsi və idman günü” elan edilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil edib. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.

Qeyd olunub ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman idmana, gənc nəslin təlim-tərbiyəsinə, vətənpərvər ruhda böyüməsinə xüsusi önəm veriblər. Çünki məhz gənclər dövləti və xalqı ağır, tarixi sınaqlardan çıxarırlar.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi olub. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə əbədi olaraq yazıblar. Onlar arasında idmançılar da olub. Əsgərlərimizin cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub!

Bildirilib ki, bu gün Yasamal rayonunda müxtəlif idman və bədən tərbiyəsi mərkəzləri fəaliyyət göstərir. Qeyd olunub ki, son bir neçə ildə Yasamal rayonundakı müxtəlif ünvanlarda İDEA İB-nin dəstəyi ilə Abad Həyətlər istifadəyə verilib və bundan sonra da yeni idman-asudə infrastrukturlarının istifadəyə verilməsi prioritet olacaq.

Daha sonra çıxış edən olimpiya çempionu, MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova, Qarabağ FK-nın baş məşqçisi Qurban Qurbanov və digər natiqlər Azərbaycan idmanının uğurları və qarşıda duran məqsədlər barədə danışdılar.Sonra “Mübariz” futbol akademiyasının üzvü Əlabbas Axundzadə tərəfindən hazırlanmış futbol stadionunun maketi Qurban Qurbanova təqdim edilib.

Tədbirin sonunda bir qrup idman ictimaiyyəti nümayəndəsi əldə etdikləri yüksək nəticələrə görə fəxri fərmanlarla mükafatlandırılıb.