Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Amerika lideri Donald Trampla görüşünü şərh edib.
“Qafqazinfo” xəbər verir ki, siyasətçi bu haqda teleqram kanalında bildirib.
“Yaxşı görüş oldu. Biz təkbətək çox şey müzakirə edə bildik. Ümumi nəticələr əldə etsək, tarixə keçmə potensialı olan çox simvolik görüşdür. Təşəkkür edirəm, Prezident Donald Tramp!”– Zelenski vurğulayıb.
Zelenski bu söhbətin nəticəsi olacağına ümid etdiyini bildirib. O qeyd edib ki, etibarlı və davamlı sülh müharibənin təkrarlanmasından qoruyacaq.
Qeyd edək ki, ABŞ və Ukrayna liderləri Papa Fransisklə vida mərasimi üçün Vatikana gedib. Dəfn mərasimindən əvvəl onlar ikitərəfli danışıqlar aparıblar.