Yelləncəyin ipi 15 yaşlı qızın boğazına dolandı - Vəziyyəti ağırdır-Yenilənib

yellenceyin-ipi-15-yasli-qizin-bogazina-dolandi
Oxunma sayı: 3056

Dünən Qaradağ rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Səma Rəşad qızı Məmmədova yaşadığı Qobustan qəsəbəsindəki evin həyətində yelləncəkdə yellənən zaman ip onun boğazına dolanıb və qız yıxılıb.

Boğularaq xəsarət alan Səma xəstəxanaya çatdırılıb.

15 yaşlı qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 16:30 radələrində 2010-cu il təvəllüdlü şəxs (qadın cinsli) asfiksiya (boğulma - kəskin tənəffüs çatışmazlığı) diaqnozu ilə Kiniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib. 

Yeniyetməyə zəruri tibbi xidmətlər göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.