Yenə hakim qərarları müzakirələrə səbəb oldu - Video

yene-hakim-qerarlari-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 1068

Ötən gün Misli Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən matçlardakı hakim qərarları yenə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, ilk epizod “Şamaxı” - “Qarabağ” matçında qeydə alınıb.

Həmin qarşılaşmada meydan sahiblərinin futbolçusu Rüfət Abbasov “Qarabağ”ın oyunçusu Toral Bayramovun üzünə zərbə endirib.

Lakin baş hakim İnqilab Məmmədov bunu oyun epizodu kimi dəyərləndirib və penalti təyin etməyib. Bu da müzakirələrə səbəb olub.

İkinci epizod isə “Sabah” “Zirə” qarşılaşmasında olub. Belə ki, həmin oyunda meydan sahiblərinin futbolçusu Akim Zedadkanın rəqib futbolçu İsa Cibrille ilə mübarizəsi müzakirələrə yol açıb. Həmin epizodun 11 metrlik cərimə zərbəsi olduğu iddia edilib.