Yeni kəşfiyyat orqanı yaradacaqlar

yeni-kesfiyyat-orqani-yaradacaqlar
Oxunma sayı: 283

İsveç Riksdaqı (parlament) mülki xarici kəşfiyyat xidmətinin yaradılmasını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.

Yeni xüsusi xidmət orqanı 2027-ci ilin əvvəlindən fəaliyyətə başlayacaq. İsveç Xarici İşlər Nazirliyindən əlavə edilib ki, yeni qurum hərbi kəşfiyyatın bəzi vəzifələrini üzərinə götürəcək, həmçinin silahlı qüvvələr, radiokəşfiyyat, təhlükəsizlik polisi və digər idarələrlə sıx əməkdaşlıq edəcək.

Bundan əvvəl “Financial Times” qəzeti Avropa Komissiyasının Avropa İttifaqının yeni kəşfiyyat qurumunu yaratmaq niyyətində olduğu barədə məlumat yaymışdı. Qeyd olunurdu ki, həmin orqana qurumun hazırkı rəhbəri Ursula fon der Lyayen başçılıq edəcək.

FT-nin mənbələrinin dəqiqləşdirdiyinə görə, Avropa Komissiyası təhlükəsizlik və kəşfiyyat sahəsində imkanlarını gücləndirmək yollarını araşdırır və bu yanaşma çərçivəsində xüsusi bir orqanın yaradılması məsələsinə baxılır.