Yeni nazir kimdir? - Dosye

yeni-nazir-kimdir
Oxunma sayı: 30426

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub.

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Pakistanın Lahor Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb, 2017-ci ildə ABŞ-da aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub.

Bu vəzifəyə təyin edilənədək M.Məmmədov bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, əsasən Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru, son olaraq isə “Agro Food Investment” MMC-nin direktoru vəzifəsini icra edib.

Bundan başqa Məcnun Məmmədov daha əvvəl “PMD Group”, “Modern Group”, “AER” MMC, “Deloitte & Touche Ltd.” “ABN AMRO Bank Kazakhstan” kimi şirkətlərdə də çalışıb.

Nizam Rza