Zaur Əliyev xəstələrə yardım toplanmasından danışdı

zaur-eliyev-xestelere-yardim-toplanmasindan-danisdi
Oxunma sayı: 3429

“Bəzən sosial şəbəkələrdə qarşıma müxtəlif şəxslərə tibbi yardım göstərilməsi üçün elan paylaşılır. Dərhal əməkdaşlara tapşırıram araşdırsınlar ki, niyə həmin şəxslər icbari tibbi sığortanın xidmətlərindən yararlanmadan belə addım atırlar”.

“Qafqazinfo” xəbər verir ki ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Z.Əliyevin sözlərinə görə, bəzən elə hal olur ki, onlar ölkədən kənarda əməliyyat olunmalıdırlar:

“Həmin xidmətləri təmin etməyə bizim əlimiz çatmır. Bəzən olur ki, həmin şəxslərə lazım olan tibbi xidmətlər Xidmətlər Zərfində olmur. Amma əksər hallarda onlara lazım olan tibbi xidmət Xidmətlər Zərfində olur. Bu cür paylaşımları edən şəxslərə səslənirəm ki, öncə bu kimi hallarda bizə müraciət etsinlər. Əgər hər hansı səbəbdən onlara kömək edə bilməsək, o zaman yardım toplanması üçün elan yerləşdirsinlər".

Gülnar Əliyeva