Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi

Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi
Oxunma sayı: 11481

Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri​ Zaur Mirzəzadə həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün onun barəsindəki dələduzluq ittihamı ilə bağlı cinayət işinə Bakı Apellyasiya məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni qərara əsasən, Z.Mirzəzadə məhkəmə zalında həbs edilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Mirzəzadə barəsində şərti cəza verdiyi üçün o, azadlıqda qalmışdı.

Zaur Mirzəzadə "bakutime.az", "xalq.az" saytlarının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri idi.

Amin Nəzərli