Astarada itkin düşən məktəbli tapıldı - Yenilənib

astarada-itkin-dusen-mektebli-tapildi
Oxunma sayı: 2537

Astara rayonunda 9 yaşlı uşaq itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Maşxan kənd ərazisində baş verib.

Belə ki, kənd sakini 9 yaşlı Reyhan Məmmədtağı qızı Məmmədzadənin bu gün məktəbdən evə qayıdarkən itkin düşdüyü bildirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, məktəblinin axtarışı elan olunub və tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

Məlumata görə, azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Surxay Şahbazov