Zelenski onu ordenlə təltif etdi

zelenski-onu-ordenle-teltif-etdi
Oxunma sayı: 2159

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidentini “Azadlıq” ordeni ilə təltif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri fərman imzalayıb.

Məlumata görə, Andjey Duda “Ukrayna-Polşa beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsində, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində göstərdiyi şəxsi xidmətlərinə görə” ordenlə təltif edilib.

Xatırladaq ki, Duda Polşa dövlət başçısı kimi Ukraynaya sonuncu səfərini edib.