Xəbər verdiyimiz kimi, ötən gün “Zirə” “Neftçi” ilə 0:2 uduzduğu matçda möhtəşəm geridönüş edərək 4:2 hesablı qələbə qazanıb.
“Qafqazinfo”nun məlumatına görə, bu Rəşad Sadıqovun komandasının ilk belə geridönüşü deyil.
Zirəlilər 21-ci turda “Qarabağ” üzərində matçda da “come back”lə yadda qalmışdı.
Həmin görüşdə də 0:2 hesabı ilə uduzan “Zirə” 3 qol vuraraq matçdan qalib ayrılmışdı.
Maraqlıdır ki, R.Sadıqovun baş məşqçisi olduğu komanda iddialı “Qarabağ” və “Neftçi” ilə qarşılaşmalarda bu cür uğura nail olub.
Hər iki matçda vurulan qolları və geridönüşləri təqdim edirik: