Azərbaycanda yeni futbol klubu yaradıldı - Fotolar

azerbaycanda-yeni-futbol-klubu-yaradildi
Oxunma sayı: 2378

Bu gündən etibarən ölkə futbol klubları sırasına daha bir yenisi əlavə olunub.

“Qafqazinfo” xəbər verir ki, komanda ölkə divizionuna qoşulmaq niyyətindədir.

Futbol klubunun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimovun verdiyi məlumata görə, Masallı rayonunda yaradılan Masallı Cənub futbol klubu bundan sonra cənubu təmsil edəcək. Bu günə kimi klub həvəskarlardan ibarət ölkə kubokunda oynayaraq 1/4 finala kimi yüksəlib. Bundan sonra isə komanda ölkə divizionuna qoşulmaq niyyətindədir. Komandanın oyunçuları sırasında keçmiş Xəzər-Lənkəran futbol klubunun oyunçuları da var.