ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı dəniz blokadasını gücləndirdiyi bir vaxtda, Tehranın quru sərhədləri və logistik marşrutlarını kəsməyə yönəlmiş yeni “Dəmir Qapı” (“Task Force Iron Gate”) hərbi işçi qrupunun tam gücü ilə fəaliyyətə başladığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında açıqlama yayıb.
O, hərbi təzyiqlərin pik həddə çatdığını vurğulayıb: “Dəmir Qapı'” İşçi Qrupu İran İslam Respublikası istiqamətində tam gücü ilə fəaliyyətə başlayıb. Tarixdəki ən böyük dəniz blokadası ilə birlikdə, İrana daxil olan və ya oradan çıxan yüklərin həcmi artıq minimuma enib!”
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi qrupun yaradıldığını rəsmən təsdiqləyib. Florida ştatının Tamp şəhərindəki baş qərargahda yerləşən və təxminən 20 nəfərlik mülki-hərbi heyətdən ibarət “Dəmir Qapı” qrupunun əsas vəzifəsi İranın quru sərhədləri və Xəzər dənizi akvatoriyası vasitəsilə mütərəqqi silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiya tətbiq edilmiş materialların daşınmasını bloklamaq, həmçinin qeyri-qanuni maliyyə axınlarını dondurmaqdır.
Son xəbərlər
Son Xəbərlər