Bakıda çəkilən foto “Getty İmages”in tarixinə düşdü

bakida-cekilen-foto-getty-imagesin-tarixine-dusdu
Oxunma sayı: 821

Amerika Birləşmiş Ştatlarının “Getty İmages” foto agentliyi tarixinin 11 ən yaxşı idman fotosunu təqdim edib. 

“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, bu fotolardan biri ispaniyalı fotoqraf Devid Ramosun I Avropa Oyunları zamanı Bakıda lentə aldığı britaniyalı üzgüçü Rebeka Şervinin şəklidir.

“Getty İmages” foto agentliyi 1995-ci ildən fəaliyyət göstərir və dünyada ən böyük foto arxivinə malik agentliklərdəndir.