Bəy öz toyuna gedə bilmədi - 60 minə görə

bey-oz-toyuna-gede-bilmedi
Oxunma sayı: 5786

Rusiyanın Krasnoyarsk şəhərinin sakini Özbəkistana öz toyuna gedə bilməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, məhkəmə qərarına əsasən 60 min rubl məbləğində cərimə ödəməli olan gənc oğlana ölkədən çıxma qadağası qoyulub. O, bu barədə hava limanında Özbəkistana uçmaq istəyən zaman öyrənib.

Nəticədə toy bəysiz keçirilməli olub.