Hamiləlikdən necə qorunmaq olar? - Resept

hamilelikden-nece-qorunmaq-olar-resept
Oxunma sayı: 4741

Kontrasepsiyanın məqsədi ailə planlaması, doğumun requlyasiyası və qadın sağlamlığının qorunmasıdır.
İdeal kontraseptiv aşağıdakı tələblərə cavab verməlidir:

• Yüksək effektivlik
• Əlavə efektlərin olmaması
• Cinsi akta təsir etməməli
• Mayalanma qabiliyyətinin tez bərpası
• Qiyməti ucuz olmalı
• İstifadəsi rahat və sadə olmalı
• Müxtəlif mədəniyyət və dinlər üçün məqbulluğu

Hər bir kontraseptivin effektivliyi Perl indeksi ilə ölçülür ki, bu da həmin metoddan 1 il ərzində istifadə edən 100 qadında baş verən arzuolunmayan hamiləliklərin sayı ilə müəyyən olunur. Bu rəqəm nə qədər kiçikdirsə effektivlik o qədər yüksəkdir.

Aşağıdakı növləri var:
Hormonal kontrasepsiya metodu:

• KOKlar (kombinə olunmuş oral kontraseptivlər)
• Yalnız hestagendən ibarət olan kontraseptivlər
• İnyeksion kontraseptivlər
• Dərialtı implantlar
• UDK ( uşaqlıqdaxili kontraseptivlər )

Baryer metodu:
• Prezervativ
• Qadın üçün baryer vasitələr
• Fasiləli cinsi akt

Fiziloji metod
Təcili kontrasepsiya
Sterilizasiya:

• Qadinlarda boruların bağlanması və s.
• Kişilərdə vazektomiya.

Regiondan, dunyagorüşündən asılı olaraq kontrasepsiya metodu dəyişir. Asiya ölkələri , Çin , Rusiya və Azərbaycanda daha çox UDK dən(spirallar) istifadə olunur. Qərb ölkələrində isə daha çox KOK lardan və prezervativdən istifadə olunur.
KOK- lar - kombinə olunmuş sintetik estrogen və hestagen preparatları olub, bölünür:

Monofazalı: sutkalıq doza standart olub tsiklin 5- ci günündən 21-ci günə qədər qəbul edilir, 7 gün fasilə verməklə novbəti tsikldə analoji sxem davam etdirilir.(Diana-35, Rigevidon, Janin, Marvelon, Lindynette-20 və s. )

İki və üç fazalı : sutkalıq doza standart deyil və istifadəsi mürəkkəbdir, tsiklin 1 - ci günündən 21 gün qəbul edilir , 7 gün fasilə edilir. Daha çox 40 yaşdan yuxarı və 18 yaşa qədər qadınlara təyin olunur.(Tri-reqol , Trisiston və s. )
KOK-ların qəbulu hər gün eyni saatda yaxşı olar ki axşamlar yeməkdən sonar olsun.

Əgər tabletin qəbul unudulubsa nə etməli ?
- 12 saatdan az vaxt keçibsə indi buraxılmış tableti qəbul edin , növbətini isə öz adi vaxtında.
- 12 saatdan çox vaxt keçibsə indi sonuncu buraxılmış tableti qəbul edin , qalan yaddan çıxan tabletləri atın. Və növbəti 7 gün ərzində başqa metoddan ( məs: prezervativdən) itifadə olunur. Əgər unudulmuş tabletdən sonra 7 və daha çox tablet qalibsa qutu qurtardıqdan sonar adi qaydada 7 gün fasilə verilir. 7- dən az qalıbsa fasilə vermədən növbəti qutuya keçilir.

Əlavə təsirləri: depressiya, baş ağrıları, libidonun itirilməsi, ürəkbulanma, qusma, çəkidə artım , öd daşı xəstəliyi , xolestatik sarılıq , sistit , q/requlyar qanaxma , fibromioma, süd vəzilərində ağrı, ayaq əzələlərində qıcolma, üz dərisində piqmentasiya və s.

Əks göstərişlər:
1. Mütləq:
• Qan dövranı xəstəlikləri (ürəyin işemik xəstəlikləri, beyin qan dövranı pozğunluğu, arterial hipertoniya, arterial və venoz trombozlar, anadangəlmə və qazanılma tromboza meyillik)
• Qaraciyərin kəskin və ağır zədələnməsi)
• Estrogendənasılı şişlər (o cümlədən süd vəzi şişi)
• Klassik miqren

2. Nisbi:
• Generalizə olunmuş baş ağrıları
• Uzunmüddətli hərəkətsizlik
• Qeyri-requlyar menstruasiya
• Piylənmə, siqaret , şəkərli diabet

UDK - uşaqlıq daxilinə spiralın yeridiməsidir ki, aşağıdakı növləri var: mis tərkibli (Multiload , Copper T 380 ), hormon ifraz edən (Mirena və s.).

Əlavə effektləri:
• Menstrual qanın artması
• Cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri riskinin artması
• Alqomenoreyanın artması

Əks göstərişlər:
• İltihabi xəstəliklər
• Ektopik hamiləlik
• Uşaqlığın inkişaf qüsurları
• Misə allergiya

Baryer metodları:
Prezervativ-lateksdən hazirlanır, spermisiddir, ucuzdur, asan əldə olunur, infeksiyalardan qoruyur ( HİV və s .)
Təcili kontrasepsiya bilavasitə cinsi əlaqədən sonra itifadə olunur: 72 saatdan gec olmayaraq 1-ci tablet (Postinor), 12 saat sonar 2-ci tablet qəbul edilir.

Sterilizasiya qadınlarda uşaqlıq borularının bağlanması, kişilərdə vazektomiya əməliyyatıdır.

Ənənəvi metodlar:
• Oqino-Knausun təqvim metodu yalnız requlyar aybaşı tsikli olanlarda özünü doğruldur , mayalanma ehtimalı olan gunlərdə (28 günlük tsikldə 8-17-ci günlər) qorunurlar.

Fasiləli cinsi əlaqə effektivliyi aşağıdır!
Doğuşdan sonrakı kontrasepsiya:

Laktasion - doğuşdan sonar 6 ay ərzində, uşaq sutkada 6 dəfə əmirsə , hər əmizdirmə arası interval 6 saatdan çox deyilsə, hamilə qalmaq ehtimalı çox aşağıdır. Bu üç 6 qaydası da adlanır.

Ana süd vermirsə, istənilən metoddan istifadə etmək olar. Süd verən zaman isə doğuşdan 6 həftə sonra depo-provera , norplant istifadə oluna bilər.

Yerli spermisid təsirli kontraseptivlər üstünlüklərə malikdir ki, buna benzalkonium xlorid tərkibli Farmateksi missal göstərmək olar. Preparat HİV əleyhinə təsirə malikdir.
Qossipol pambıq yağindan alınır, kişilərdə spermatogenezi blokada edir,hələ ki tətbiq olunmur.

Yeniyetmələrdə kotrasesiya üçün prezervativ və KOK-lar daha məqsədə uyğundur.

Arif Nuri