İndi də alıcıları belə aldadırlar - Foto

indi-de-alicilari-bele-aldadirlar
Oxunma sayı: 8192

Bakıda gediş-gəlişin çox olduğu yerlərdə piştaxtasını quran satıcılar məhsulunu satmaq üçün yeni bir üsula əl atıb. “Qafqazinfo” xəbər verir ki, malın önünə qoyduqları qiymət uzaqdan 1 manat görünsə də, yaxınlaşan zaman baha olduğu aydınlaşır.

Məsələn, əgər meyvənin qiyməti 1 manat 80 qəpikdirsə, satıcılar lövhədə 1 manatı böyük hərflərlə yazır. Aşağıdan isə balaca hərflərlə 80 qəpik sözlərini qeyd edirlər.

Alıcılar ya məhsulu alıb pulu satıcıya verən zaman, ya da lövhəyə diqqətlə baxandan sonra qiymətin fərqli olduğunu görə bilir.

Günel Hacı

Foto: Pərvin Zeynal