Kolleclərə qəbul olan abituriyentlərin nəzərinə

kolleclere-qebul-olan-abituriyentlerin-nezerine
Oxunma sayı: 1498

DİM kolleclərə qəbul olan abituriyentlərə xəbərdarlıq edib. “Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlər bu gün 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.