“Gələcəkdə humanoid (insanabənzər) robotlar insanlardan işləmək baxımından 5 dəfə daha səmərəli ola bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu “SpaceX” şirkətinin təsisçisi İlon Mask amerikalı sahibkar Ron Berona müsahibəsində deyib.
Onun sözlərinə görə, buna səbəb robotların fasiləsiz işləmək qabiliyyətidir: “Əgər sizin inanılmaz dərəcədə səmərəli olan, həftənin 7 günü, günün 24 saatı işləyə bilən humanoid robotunuz varsa, bu o deməkdir ki, o, həftədə 168 saat fəaliyyət göstərir. O, məzuniyyətə çıxmır, tualetə getmir, nahar etmir. Robotun həftəlik məhsuldarlığının orta hesabla insanın məhsuldarlığından beş dəfə çox olacağını gözləmək olar”.
Son xəbərlər
Son Xəbərlər