Mənfi 67 dərəcədə 50 km qaçdı - Fotolar + Video

menfi-67-derecede-50-km-qacdi
Oxunma sayı: 3180

Moldovalı idmançı Dmitri Voloşin -67 dərəcədə Sibir çöllərində 50 km qaçış edib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Oymyakon bölgəsində gecə saatlarında qaçışa başlayan idmançı 6 saat dayanmadan qaçıb.

O, bu müddətdə həkim və xüsusi xilasedicilərin dəstəyini almayıb.

Voloşin bununla da yeni dünya rekorduna imza atıb.

Qeyd edək ki, Saha Respublikasının Oymyakon bölgəsi dünyada ən soyuq havanın hökm sürdüyü yerdir. Burada 80 il öncə -71,2 dərəcə temperatur qeydə alınıb.