Məşhur hind aktyoru Bakıda

meshur-hind-aktyoru-bakida
Oxunma sayı: 4124

Bollivudun məşhur aktyoru, “Şirin bəla” serialı ilə Türkiyə və Azərbaycanda populyarlaşan Avinash Sachdev Bakıya gəlir. 

Bu barədə “Qafqazinfo”ya Nizami Kino Mərkəzinin rəsmisi Arzu Əhədova deyib. 

Bildirilib ki, iyunun 28-də, saat 18:00-dan 20:00-a kimi hind aktyoru kinoteatrda olacaq və pərəstişkarları ilə görüşəcək. 

Xatırladaq ki,  imza gününün təşkilatçıları Türk- Azərbaycan İş adamları Birliyi, Türk Qadınlar Birliyi və Nizami Kino Mərkəzidir.