Minifutbol üzrə ölkə çempionatının 2025/2026 cı illər mövsümünə yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, yeddi aya yaxın davam edən yarışın final matçında “Zirə” və “Birbaşa Bakı” komandaları görüşüb.
Qarşılaşma “Zirə” komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə “qartallar” tarixində ilk dəfə ölkə çempionu adına layiq görülüb.
Yarışın bürünc mükafatını isə üçüncülük uğrunda oyunda “Sumqayıt”a qalib gələn “Aznur” komandası qazanıb.
Final görüşündən sonra çempionatın qalib və mükafatçıları təltif olunub. “Zirə”nin üzvləri Ağaseyid Qasımov mövsümün ən yaxşı qapıçısı, Rəvan Kərimov ən yaxşı futbolçusu seçilib. Mövsümün ən məhsuldar oyunçusu isə “Aznur”un üzvü Əsgər Alişanov olub.





Son xəbərlər
Son Xəbərlər