Milli Şura Bakıda mitinq keçirib

milli-sura-bakida-mitinq-kecirib
Oxunma sayı: 9269

Bakı Şəhər Baş Polis İdarəsi bu gün Bakıda Milli Şuranın keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.

“Qafqazinfo” quruma istinadən xəbər verir ki, saat 15:00-dan 17:00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.