"Ölkədə martın 19-dan sonra təbliğat kampaniyasına start verilir. Ancaq Milli Şura martın 10-da mitinq keçirəcək. Bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır".
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, bu məsələyə görə Bakı şəhər İcra hakimiyyətindən izahat tələb edirik: “ Məndə olan məlumata görə, mitinq sanksiyalaşdırılıb. Bu qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Niyə mitinq keçirməyə icazə verirlər? Öz çıxışlarında qanunların aliliyini istəyən şəxslər özü qanunun tələblərinə əməl etməlidir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər